"Eastern Eye" 5 pakistanlı ulduz oyunçunu mükafatlandırdı

13:05 15.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Eastern Eye"nin hər il dərc etdiyi qlobal Asiya ulduzlarının siyahısında əvvəlki illlərdə də yüksək etimada layiq görülən Asiya sənət adamları öz yerlərini qoruyublar.

Hafta.az-ın yazdığına görə, bu ilki siyahıda ən yüksək reytinqə malik asiyalı ulduzların siyahısına Pakistandan 5 sənətçinin adı daxil olunub. 

1. İlk onluqda yer tutmağı bacaran Vahaj Əli.
Vahaj Əli bu il həm ekranları, həm də qəlbləri idarə edir. "Tere Bin" filmindəki Murtasim Xan rolu onu məşhurlaşdırıb və onun indi bütün dünyada, o cümlədən Hindistanda pərəstişkarları var. O, 2023-cü il üçün ilk onluqda olan yeganə pakistanlıdır.

2. Riz Əhməd Hollivudda müsəlman təmsilçiliyi üçün çox çalışmış Pakistan əsilli ulduzdur. O, siyahıda 11-ci yeri tutub.

3. "Qremmi" mükafatını qazanan pakistanlı müğənni Arooj Aftab da adını siyahıya yazdıra bilib və o, 24-cü yerdədir.

4. Yumna Zaidi "Tere Bin"in aparıcı xanım oyunçusu Yumna Zaidi 2023-cü il üçün siyahıda 32-ci yerdədir.

5. Siyahıya daxil olan digər pakistanlı Əhəd Rza Mirdir. O, siyahıda 42-ci yeri tutub. Əhəd Netflix-də, Britaniya televiziyasında debüt edib və hazırda Pakistanın ilk Netflix serialı "Jo Bachay Hain Sang Samait Lo"da işləyir.